Finlandiya Rusiya ilə sərhəddəki "Parikkala" keçid məntəqəsini bağlayıb

Finlandiya Rusiya ilə sərhəddəki "Parikkala" keçid məntəqəsini bağlayıb
DÜNYA
19:07 19.04.2022
400
Finlandiya Rusiya ilə sərhəddə yerləşən və yalnız yükdaşımaları üçün istifadə edilən "Parikkala” keçid məntəqəsini bağlayıb.

Bu barədə aprelin 19-da Finlandiyanın Sərhəd Mühafizəsi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Vıborsk rayonu ilə Parikkaladan keçidin müvəqqəti dayandırılması barədə razılıq əldə edilib.

Məlumata görə, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiya çərçivəsində Parikkala Nəzarət Buraxılış Məntəqəsi tamamilə bağlanıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR