Finlandiya viza almaq üçün maliyyə zəmanətlərini artırıb

Finlandiya viza almaq üçün maliyyə zəmanətlərini artırıb
DÜNYA
18:48 02.01.2024
206

Finlandiya Şengen vizası alan səyahətçilər üçün maliyyə zəmanəti tələbini gündə 30 avrodan 50 avroya qədər artırır.

Bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"2024-cü il yanvarın 1-dən Finlandiyaya qısamüddətli qalmaq üçün gələn səyahətçilərin ölkədə qaldıqları hər gün üçün ən azı 50 avro məbləğində vəsaiti olmalıdır”, - məlumatda bildirilib.

Qeyd edilib ki, bu maliyyə zəmanəti 90 gündən çox olmayan səfərlərə şamil edilir./report

OXŞAR XƏBƏRLƏR