Firdovsi Əliyev: “Üç nazirlik Zəngilanda ekspedisiya apardı”

Firdovsi Əliyev: “Üç nazirlik Zəngilanda ekspedisiya apardı”
SOSİAL
15:14 16.03.2021
460
"Azərbaycanın işğaldan azad edilən ərazilərində müharibə dövründə qadağan olunmuş silahların torpağa vurduğu ziyanla bağlı monitorinqlər davam etdirilir”.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, prezidentin sərəncamı əsasında yaradılan qərargahın işçi qrupları arasında ekologiya məsələləri ilə bağlı işçi qrupu da fəaliyyət göstərir:

"İşçi qrupunun tədbirlər planında bu məsələ də öz əksini tapıb.

Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Nəqliyyat və Yüksək Texnologiyalar nazirlikləri nəzdində nüvə tədqiqatları mərkəzi və AMEA-nın Radiasiya problemləri institutu bu məsələ ilə bağlı müvafiq monitorinqlər keçirir. 

İşçi qrupunun üzvləri ötən həftə işğaldan azad olunmuş ərazidən qayıdıblar. İlk olaraq prosesə Zəngilandan başlanılıb. Növbəti mərhələdə bu ekspedisiyalar digər ərazilərdə də aparılacaq”.

OXŞAR XƏBƏRLƏR