Flora Kərimovadan "Yağış" gəlir - FOTOLAR

MAQAZİN
12:46 30.10.2014
1213
Flora Kərimova Tural Bayraməliyevin “Yağışı”nı oxuyacaq.
Mahnıları sevilən və geniş publika tərəfindən dinlənilən bəstəkar Tural Bayraməliyevin söz və musiqisi özünə məxsus yeni bəstəni xalq artısti Flora Kərimova səsləndirəcək. Bəstəkar AZXEBER.COM–a bildirdiyinə görə, yeni nəğmə “Yağış” adlanır. Hazırlıq prosesini Türkiyədə, Sezen Aksu, Tarkan, Sertab Erener kimi türkiyləli məhşurların çalışdığı studiyada və eyni tərkibli heyətin iştirakı ilə keçən “Yağış”ın tezliklə klipi də ərsəyə gətiriləcək: “Mahnı və klip eyni zamanda təqdim ediləcək.Bu, noyabr ayının ortalarına nəzərdə tututlub” – deyən Tural Bayraməliyev mahnı yaradıcılığında yeniliklərin davam edəcəyini sözünə əlavə etdi.Ozal İbrahimli
OXŞAR XƏBƏRLƏR