Müğənni Manaf Ağayev açıqlaması ilə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, Manaf artıq toylara yarım saatlıq çıxış üçün də getdiyini deyib.
"Tarixin bir günü"ndə qonaq olan müğənni fonoqram oxuyan müğənniləri dəstəkləyib:
"Bu gün toylarla fonoqram oxumayanlara "çuşka” kimi baxırlar. Artıq yarım saatlıq çıxışlar da çoxalıb. Mənim heç ağlıma gəlməzdi ki, nə vaxtsa yarım saatlıq çıxışlara da gedərəm. Çünki gözümü açandan ansamblla toy aparmışam. Anladım ki, əslində yarım saat çıxışlara gedənlər çox ağıllı adamlardır. Bir neçə müğənni toya dəvət alanda maraqlı olur. Mən toya gedən kimi hamı məndən əvvəl muğam istəyərdi, indi köhnə şən mahnılarımı istəyir. Ona görədə toy sahibi mənə dəstə ilə verdiyi pulu, beş müğənniyə verir, toy da rəngarəng keçir".
Aysel










































