Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən "Formula-2” üzrə yarışın startı verilib.
AZXEBER.COM Apasport.az-a istinadən xəbər verir ki, 11 komandanın pilotları bir saat beş dəqiqə ərzində dövrə vuraraq, qalibi müəyyənləşdirəcəklər.
"Əvəzedicilər” bununla da paytaxtımızda keçirilən Azərbaycan Qran-prisi çərçivəsində çıxışlarını yekunlaşdıracaqlar.
Qeyd edək ki, Bakıda "Formula-2” üzrə dünən təşkil olunan ilk iki sprint yarışında müvafiq olaraq Robert Şvartzman ("Prema”) və Juri Vips ("Hitech Grand Prix”) qalib adını qazanıb.