Əgər siz də fotogenik, şəkildə gözəl düşmək istəyirsinizsə, onda bəhs edilən qaydalara riayət edin:
1. Rahat olun. Şəkil çəkdirdəndə çalışın rahat olun. İlk şərt özünüzü sərbəst hiss etməyiniz və əhaval-ruhiyyənin düzgün olmasıdır.
2. Poza verməyin. Şəkil çəkilərkən adi, təbii duruşu seçin. Ya da poza verməmiş kimi göstərin özünüzü. Əgər hansısa jurnal və yaxud xüsusi bir yer üçün şəkil çəkdirirsinizsə, poza vermədən hərəkətdə olun. Fotoqraf özü sizin təbii pozalarınızı tutacaq.
3. İçkili vəziyyətdə foto çəkdirməyin. Sərxoş insan müvazinətini itirir və flaş nə qədər şəffaf olursa-olsun, gözləriniz olduğundan çox cansız düşəcək.
4. "Mani-i-i-i!" deyin. İngilislərin fikrincə, foto çəkdirərkən bu kəlməni söyləməyiniz məsləhətdir. Çünki, sözün sonundakı “i” hərfi dodaq kənarlarını yuxarı qaldırır və bu zaman göz kənarlarında əmələ gələn mimikalar üzünüzə xüsusi bir gülümsəmə bəxş edəcəkdir.
5. Xüsusi fotosessiyanı günəşin batması zamanı çəkdirin. Məşhur fotoqraf Jek Gay qürub işığının insanı çox gözəl göstərdiyini deyir. Günəş, göz altındakı bölgəni aydınlaşdıracaq və daha cavan görünəcəksiniz.
6. Gülümsəyin. Dilinizi dişlərinizin arxasında tutaraq gülümsəyin: üzünüz gözəl görünüş alacaq.
7. Dik durun. Olduğunuzdan daha da artıq çəkili görsənmək istəmirsinizsə, daha təbii təsir bağışlamaq fikrindəsinizsə, onda dik durub, qollarınızı yanınıza salın, amma bədənizə yapışdırmayın.
8. Əgər buxaqlısınızsa... Çənənizi bir qədər yuxarı qaldırıb, gülüimsəyin.
9. Qərar verin. Hansı profildən daha gözəl göründüyünüzə qərar verin.
10. Göz amili. Özünüzü daha sərbəst, rahat hiss etmek və bunu ətrafdakılara hiss etdirmək üçün şəkil çəkdirməkzdən əvvəl gözlərini yumun, bir qədər durun. Fotoşəklin çəkilməsinə 3 saniyə qalmış, gözünüzü açın. Fərqi özünüz görəcəksiniz.
11. Zövqlü olun. Fotosessiya zamanı geyindiyiniz paltar da çox vacibdir. Xüsusi bir gün üçün edəcəyiniz fotosessiyada klassik stilə üstünlük verin.
12. Ehtiyatlı olun - zolaqlar! Şəkil çəkdirərkən üfüqi zolaqlı paltarlardan uzaq durun. Bu sizi olduğunuzdan daha kök göstərəcik. Uzun belli şalvarlara və yubkalara üstünlük verin. Təbii ki, bu məsləhət yalnız xanımlara aiddir. Xanımlar bu minvalla daha incə və zərif təsir bağışlaya bilərlər. Yox əgər şəkil çəkdirərkən şotland təsiri bağışlamaq istəyirsinizsə, kilt seçə bilərsiniz.
13. Ətrafa diqqət yetirin. Şəkil çəkdirdiyiniz yerin fon rolunu oynayacağını unutmayın. Paltarınızla eyni tonlardakı ya da sizi boğuq çalarlarda göstərəcək. Belə fondan uzaq durun.