Fransa prezidenti Emmanuel Makron Qəzzada dinc əhalinin üzləşdiyi çox ağır mülki itkilərdən narahatdır.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yelisey Sarayından verilən açıqlamada Makronun İsrailin baş naziri Binyamin Netanyahu ilə telefonla danışdığı, Qəzza və bölgədəki vəziyyəti müzakirə etdiyi bildirilib.
Açıqlamada Makronun Netanyahuya qarşıdurmaların şiddətləndiyi bir dövrdə Qəzzada dinc əhalinin üzləşdiyi çox ağır mülki itkilərdən və oradakı təcili humanitar vəziyyətdən narahat olduğunu söylədiyi bildirilib.
Makron həmçinin İsrailin mülki vətəndaşları qorumaq öhdəliyinin olduğunu da ölkə başçısına xatırladıb.
Fransa prezidenti Qəzzadakı insanlara lazımi yardımların çatdırılmasının təcili olduğunu vurğulayıb: "Fransa yaxın günlərdə İordaniya ilə birlikdə Qəzzada humanitar yardım əməliyyatları həyata keçirəcək”.
Günel