Fransa Ukraynaya qoşun göndərməyə hazırdır

Fransa Ukraynaya qoşun göndərməyə hazırdır
DÜNYA
02:28 25.10.2025
65
Fransa ehtiyac yaranarsa, təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq 2026-cı ildə Ukraynaya qoşun yeritməyə hazırdır.

Bunu Fransa Quru Qoşunlarının Baş Qərargah rəisi general Pyer Şill deyib.

"Biz lazım gələrsə, təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya dəstək üçün qüvvələr yerləşdirməyə hazır olacağıq", - deyə o qeyd edib.

Şillin sözlərinə görə, 2026-cı il koalisiya ili olacaq, onların uğurlu əməkdaşlığı "Orion-26" təlimləri zamanı sınaqdan keçiriləcək.

Oktyabrın 23-də Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Fabien Mandon bəyan edib ki, "Rusiya təhlükəsi" fonunda qoşunlar 3-4 ildən sonra toqquşmaya hazır olmalıdır.
 
/report
OXŞAR XƏBƏRLƏR