Fransada koronavirusa yoluxanların sayı 100 nəfərə yüksəlib.
AZXEBER.COM bildirir ki, APA "France Info" portalına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon bildirib.
Qeyd edilib ki, hazırda Fransada bu xəstəliklə 86 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 9-nun vəziyyəti ağırdır. Digər 12 nəfər artıq sağalıb, 2 nəfər isə ölüb.