Fransanın tanınmış həndbolçusu bıçaqlandı

Fransanın tanınmış həndbolçusu bıçaqlandı
İDMAN
20:18 02.01.2022
304
Fransa millisinin və PSJ klubunun həndbolçusu Eloim Prandi hücuma məruz qalıb.

24 yaşlı oyunçu sinəsindən bir neçə dəfə bıçaq zərbəsi alıb.

Prandi hazırda xəstəxanada həkimlərin nəzarəti altındadır. Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, Eloim Prandi gənclər arasında dünya və Avropa çempionatının qalibidir. O, PSJ ilə 2021-ci ildə ölkə çempionluğunu və kubokunu qazanıb.
OXŞAR XƏBƏRLƏR