Bəzi xəbər saytlarında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Fuad Dərgahlının istefa verməsi ilə bağlı xəbərlər yayılıb.
AZXEBER.COM məsələni dəqiqləşdirmək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov ilə əlaqə saxlayıb.
O Agentliyin Müşahidə Şurasında belə bir məlumata rast gəlinmədiyini deyib:
"Doğrusu, mən bu məlumatın haradan qaynaqlandığını bilmirəm. Bilirsiniz ki, Agentliyin Müşahidə Şurası işə qəbulla bağlı, işdən uzaqlaşma ilə bağlı qərarlar qəbul edir. Orada da belə bir məqam öz əksini tapmayıb. Ona görə də, mən düşünürəm ki, ilk növbədə belə məqamlarda Agentliyin rəsmi paylaşımlarına baxılsın. Müşahidə Şurasının yayılmış məlumatlarına da baxsanız belə məqama rast gəlməyəcəksiniz”.
Aydın Nuri