Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununu keçirib.
AZXEBER.COM xəbər verir ki, yığmamız Ukraynanın "Rux” klubu ilə üz-üzə gəlib.
Lvov təmsilçisinin ikinci komandası ilə qarşılaşan U-19 yığmamız meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.
Qeyd edək ki, toplanış çərçivəsində fevralın 2-də İraqın U-20 millisinə qarşı keçirilən ilk yoxlama oyunu 2:2 hesabı ilə yekunlaşmışdı.