Futbol üzrə 2020-ci il Avropa çempionatı Azərbaycanda keçirilə bilər
İDMAN
20:10 24.05.2012
2357
Azərbaycan Gürcüstanla birgə futbol üzrə 2020-ci il Avropa çempionatının keçirilməsinə razılıq verib və bu barədə FİFA-nın bu gün başlayan Konqresində niyyətini bildirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə deyib. Qeyd edək ki, mayın 24-ü və 25-də Macarıstanın paytaxtı Budapeşt şəhərində FİFA-nin 62-ci Konqresi keçirilir. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edir.