Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

MARAQLI
09:39 28.04.2011
1969
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil qoyulub. 

---------
12:30

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Xətai rayon İcra Hakimiyyətinin akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zərifə Əliyeva – Ana, Qadın, Alim” mövzusunda müsabiqəsinin iştirakçıları Fəxri xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüb və əklil qoyublar.

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi də ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.

Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim, gözəl insan Tamerlan Əliyevin məzarları üstünə də gül-çiçək qoyulub.

 

OXŞAR XƏBƏRLƏR