Gülər Əhmədova: “ 5 yaşlı uşağın anası tərəfindən təhrik edilməsi cinayətdir”

Gülər Əhmədova: “ 5 yaşlı uşağın anası tərəfindən təhrik edilməsi cinayətdir”
MARAQLI
18:37 20.04.2011
2072


Gülər Əhmədova bildirib ki, uşaqların ailədə və cəmiyyətdə şiddətə məruz qalmasının qarşısını almaq üçün maarifləndirmə işlərinə üstünlük verilməlidir. 

17 aprel aksiyası zamanı 5 yaşlı uşağın anası ilə birlikdə polis tərəfindən saxlanılmasına münasibət bildirən millət vəkili qeyd edib ki, Ailə Məcəlləsinə görə uşağın hüquqlarından sui-istifadə etmək olmaz: “Biz valideynlərin məsuliyyəti ilə bağlı bir çox məsələlərdə humanist yanaşırıq. Onlara bu qanunları şamil etmirik. Hesab edirik ki, onlarla ilk öncə danışarıq, qanunları izah edərik. Düşünürük ki, bəlkə onların bu qanunlardan xəbəri yoxdur. Amma birmənalı şəkildə demək istəyirəm ki, 5 yaşlı uşağın anası tərəfindən təhrik edilməsi cinayətdir. Mən təşkilatın adından bununla bağlı bəyanat yaydım və uşağın valideyni ilə də əlaqə saxladım ki, onunla görüşək. Çünki ilk olaraq ona qanunları izah etmək istəyirdik”. 

G.Əhmədovanın sözlərinə görə, müxalifətdə olan bəzi şəxslər bundan kart kimi istifadə etməyə çalışır ki, Azərbaycanda uşağa qarşı belə bir addım atıldı. “Mən o anaya üzümü tutub bir daha demək istəyirəm ki, necə hesab edirsiz, bu etiraz aksiyasının başında duranlar bu yaşda övladını ora gətirərdimi? Bu hadisə Azərbaycan anasının görə bilməyəcəyi bir iş idi. Təsəvvür edin Avropa Şurası bizə tövsiyə edir ki, siz uşaqların toyda bəylə gəlinin qarşısında mələk simasında oynaması ilə onların hüquqlarını pozursuz. Mən təəssüf edirəm ki, hələ Avropa Şurasından bizə belə bir ismarış gəlməyib ki, niyə uşaqların etiraz aksiyasına aparılmasına imkan verirsiz”, - deyə millət vəkili vurğulayıb.

 

OXŞAR XƏBƏRLƏR