İ.Babayev qeyd edib ki, hələlik Azərbaycanda gənc ailə məfhumunun dəyişdirilməsi və bu məfhuma digər statusların əlavə edilməsi ilə bağlı müzakirələr aparılmır. 35 yaşa qədər gənc ailələrin sayı çox olduğuna görə bu sahədə bürokratiyanın qarşısını almaq üçün əvvəlcə bir neçə kateqoriya seçiləcək. Gənc alimlər, Milli Qəhrəmanlar və onların ailə üzvlərindən olan gənclər, beynəlxalq aləmdə yüksək nəticələr qazan idmançılar, dövlət qulluğunda çalışan gənclər, qaçqın və məcburi köçkün ailələrindən olan istedadlı gənclər güzəştli şərtlərlə ipoteka kreditləri ala biləcəklər.
İ.Babayev qeyd edib ki, hazırda nə qədər gənc ailənin mənzilə ehtiyacının olması dəqiqləşdirilməyib: “Bu məsələ yenidən təhlil olunmalıdır. Azərbaycanda mənzil bazarının dərindən araşdırılmasına böyük ehtiyac var”.