'Gangnam Style' 'YouTube'yə 8 milyon dollar qazandırdı
MAQAZİN
08:12 24.01.2013
1460
“YouTube” video portalı tanınmış koreyalı reper PSY-nin “Gangnam Style” klipindən 8 milyon dollar pul qazanıb.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə videoservis məxsus olduğu “Google”nin inkişaf üzrə direktoru Nikeş Arorra məlumat verib. Onun sözlərinə görə, bu məbləğ səhifədə yerləşdirilən reklamlardan əldə olunub.Xatırladaq ki, ötən ilin dekabrın 21-də bu klipin izlənilmə sayı 1 milyardı keçib.