Gəncə Dövlət Universitetinin tələbəsi vəfat edib.
AZXEBER.COM xəbər verir ki, universitetdə təhsil alan 1999-cu il təvəllüdlü Əlizadə Fərman Etibar oğlu dünyasını dəyişib.
Onun hansı səbəbdən həyatını itirməsi bildirilməyib.
Qeyd edək ki, F.Əlizadə Birinci Qarabağ müharibəsi qazisi, Cəbrayıl rayon sakini Etibar Əliyevin oğludur.











































