11:35 Cümə, 17 Avqust 2018
SAĞLAMLIQ

Gec yaşda ana olmaq xərçəngə tutulma riskini artırır

16:01, 09.08.20183223
Gec yaşda ana olmaq xərçəngə tutulma riskini artırır
30 yaşdan sonra ana olacaq qadınların süd vəzi xərçənginə tutulma ehtimalı daha çoxdur.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov deyib.

"Misal üçün 20 yaşında ailə quran qadının süd vəzi xərçənginə tutulması 30 yaşlı qadından 10% daha aşağıdır. Beləliklə xərçəng xəstəliyinə tutulma ehtimalı hər artan 10 ilə 10% çoxalır. İndiki dövdə qadınlarımız karyera fikirləşir, ailə həyatı arxa plana keçib. Ancaq onlar bilməlidirlər ki, gec ailə həyatı qurmaq və ana olmaq onların həyatını təhlükəyə atır".

Qeyd edək ki, 1996-cı ilin statistikasına görə Azərbaycanda bir ildə 750 qadın süd vəzi xərçənginə yoluxub, ötən il isə bu rəqəm 2 minə çatıb.
XƏBƏR LENTİ