Braziliyanın cənubundakı Santa-Mariya şəhərində gecə klublarından birində faciə baş verib. Klubda baş vermiş güclü yanğın nəticəsində ən son məlumatlara görə, azı 200 nəfər ölüb.Yanğına klubda çıxış edən qrupun konsert zamanı atəşfəşanlıq etməsi səbəb olub. Polis də ilkin versiya kimi pirotexnikanın alışmasını nəzərdən keçirir. Ölənlərin əksəriyyətinin tüstüdən zəhərləndiyi bildirilir.Ölənlərin sayının artacağı ehtimal edilir.