Gecənin qəhrəmanı - Şevçenko - FOTOLAR

İDMAN
10:55 12.06.2012
1697
Futbol üzrə Avropa çempionatının dördüncü günündə son oyun keçirilib. Çempionata ev sahibliyi edən Ukrayna millisi İsveç yığması ilə qarşılaşıb. Qarşılaşmanı türkiyəli hakim Cüneyt Çakır idarə edib.Oyunda hesabı İsveç millisi açıb. 52-ci dəqiqədə Zlatan İbrahimoviç komandasını hesabda irəli çıxarıb. Ukrayna millisinin lideri Andrey Şevçenkonun cavabı özünü çox gözlətməyib və cəmi üç dəqiqə sonra hesab bərabərləşib. Andrey Şevçenko 61-ci dəqiqəsində komandasını hesabda irəli də çıxara bilib. Bu, oyunda vurulan son qol olub.Beləliklə, Ukrayna millisi qələbə sayəsində D qrupunda liderliyə yüksəlib. Fransa və İngiltərə millilərinin hərəyə 1 xal var. İsveç millisi ilə hələ xal qazana bilməyib.

OXŞAR XƏBƏRLƏR