10:01 şənbə, 19 Yanvar 2019
SOSİAL

Gəlin hamımız bircə gün Mübariz olaq! - Rza yazdı

00:24, 16.12.201812587
Gəlin hamımız bircə gün Mübariz olaq! - Rza yazdı

Rza Rzayev

Rejissor, aktyor

Dünya fəlsəfəsində belə bir düşüncə var - "Müharibədə 100 insan öldürsən, qəhrəman sayılırsan, adi həyatda həmin insanlardan birini öldürsən - qatil sayılırsan".

Deməli, situasiya baş verən hadisənin məzmununu dəyişir.

"Psixoloq" deyilən məxluq hardansa eşitdiyi bu fikri özünəməxsus formada yorumlayıb və böyük səhvə yol verib.

Atəşkəs dövründə şəhidlərimiz olub, sayını bilmədiyimiz qədər də erməni gəbərtmişik. Atəşkəs bir-birinə düşmən olan orduların üz-üzə dayanmasıdı və müharibə şəraitidi, sülh şəraiti deyil, hər an pozula biləcək haldır, hər iki tərəfdən də belə hal baş verib...
Özünəməxsus hadisəyə izah verən, qanun xırdalayan, amma baş vermiş hadisənin mahiyyət və məzmununu dəyişmək istəyən, şəxsi maraqlarını öndə tutan, özü demişkən – "kosmopolit olan və düşməni də adam bilən” adamcığaz ağzına aldığı sözün ölçüsünü və ağırlığını hiss etmir, çünki ağrı hissini itirib, yenə də özü demişkən – "belə dərdi yoxdur”. Beləsinə münasibət bildirmək bir dərddir, bildirməmək başqa dərddir.
Hesab edirəm ki, təzəliyini itirən bu adamcığazı "yumaqla" (fikir bildirməklə) təmizqanlı edə bilməyəcəyik.
Amma, mütləq düşmənlə yenidən üzə-üzə gələnə qədər belə qanıqarışıqlara, düşüncə tərzi, mahiyyət və məzmunu ilə bizdən olmayanlara öz yerlərini göstərməliyik.

Düşmən kimi düşünən də - düşməndir!

Başqa məsələlərdə fərqli düşüncə sahibi ola bilərik, amma düşmənə qarşı eyni düşüncədə olmalıyıq! Bizim fərqli düşmənimiz yoxdu, düşmənimiz eynidi və heç vaxt bizə fərqli yanaşmayıb, bütün hallarda bizi eyni görüb - düşmən kimi.

Erməni düşməndir, adam deyil, insanlığını Xocalıda məhv edib!

Mübariz təkcə bizim qəhrəman deyil, təcavüzə, işğala məruz qalan millətlərin qəhrəmanıdı, düşməndən necə qisas almağın rəmzidir!

"Psixoloq" kimi düşünənlərə cavab olaraq bugünki şüarımız bu olsun.
Gəlin hamımız bircə gün Mübariz olaq! Düşmən ən çox bir gündə, bir anda Mübariz olmağımızdan qorxur!

Çünki "Aprel Döyüşləri" göstərdi ki, hamımız bir gün Mübariz ola bilirik və yenə də olacağıq.

İkinci "Aprel Döyüşləri" düşmənin sonu olacaq! Mübarizlər son sözlərini deyəcəklər və düşmən layiqli "yerinə oturdulacaq", onda kimsənin artıq söz deməyə yeri qalmayacaq!

XƏBƏR LENTİ