Hadisə Qobusatn qəsəbəsi ərazisində, Nəvai postuna 15 kilometr qalmış qeydə alınıb.“KİA” markalı gəlin maşını qarşısında gedən “Kamaz” markalı yük maşınına arxadan çırpılıb.Qaradağ rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Qobustan qəsəbəsi ərazisində baş verən qəzada xəsarət alan və ölən olmayıb. Faktla bağlı araşdırma aparılır.