"Gəlinimdən cehiz almayacağam" - Xalq artisti

"Gəlinimdən cehiz almayacağam" - Xalq artisti
MAQAZİN
18:34 09.12.2025
106
Xalq artisti Könül Xasıyeva oğlu ilə bağlı arzusunu bölüşüb.

AZXEBER.COM xəbər verir ki, xanəndə"Evdəkilərə salam" proqramında gələcək gəlinindən danışıb.
 
Xasıyeva bildirib ki, gəlindən cehiz tələb etməyəcək:

"Kazım evlənəndə gəlindən heç nə istəmirəm. Gəlin cehiz gətirir, heç birin gətirməsin. Bir Kazımın barmağına balaca üzük taxsın, bir də bu evə sevinc, şadlıq, sədaqət, inam, balama sevgi gətirsin. Ayrı bir çöp istəmirəm. Hər şey etmişəm. Oğlumun otağını da ayırmışam. İçində hər şey var, bircə mebellərin almamışam. Gəlin gedər özü baxıb seçər, mən də pulunu verəcəyəm. Mənim qızım yoxdur, qız arzulamışam. Gələn mənim qızım olacaq".
OXŞAR XƏBƏRLƏR