Martın 16-da "Gənc Media Kapitanları" Jurnalistika Məktəbinin növbəti təlimi baş tutub.
Azərbaycan Respublikası Gənclər Fondunun XXI qrant müsabiqəsində qalib olan "Gənc Media Kapitanları" Jurnalistika Məktəbi layihəsinin ikinci təlimi Azərbaycan Kooperasiya Universitetində baş tutub.
Təlimi layihə rəhbəri Əfsələddin Ağalarov giriş nitqi ilə açıq elan edib.
Ə.Ağalarovun sözlərinə görə, "Gənc Media Kapitanları" ali təhsil müəssisələrində, QHT-lərdə jurnalist olmaq istəyən aktiv gəncləri bir araya toplayır, onları media kapitanları, müxtəlif özəl sektorda təmsil olunan qrumların PR və Marketinq mütəxəssisləri ilə görüşdürür.
Daha sonra tədbirin təlimçisi jurnalist Hacəbəy Heydərli jurnalistikanın əsas qaydalarından bəhs edib.
Natiq Azərbaycanda gənc jurnalistlərin yetişdirilməsində və informasiya müharibəsində peşəkar jurnalist ordusunun hazırlanmasında bu cür layihələrin önəmli olduğunu vurğulayıb.
Qarşılıqlı fikir mübadiləsi, dialoq formasına davam edən tədbir iştirakçıların xüsusi marağına səbəb oldu.
Təlimdən sonra xatirə şəkili çəkdirilib.