Gənc və istedadlı ssenaristlər üçün müsabiqə başlayır

MƏDƏNİYYƏT
12:50 19.04.2016
2074
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı gənc və istedadlı ssenaristləri aşkara çıxarmaq məqsədilə “YENI NƏFƏS- II” adlı qısametrajli ssenari müsabiqəsi elan edir. Yaşı 35-dək olan hər bir şəxs 20 səhifədən çox olmamaq şərti ilə istənilən janrda ,bədii,sənədli və animasiya ssenarilərini tərcümeyi-hal ilə birgə ,üç nüsxədə çap və elektron variantda 31 iyul 2016-cı il tarixinə kimi müsabiqəyə təqdim edə bilər. 
Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq: Qran Pri – 3000 manat (ssenarinin ekranlaşdırılması nəzərdə tutulub) Birinci yer -2000 manat İkinci yer -1500 manat Üçüncü yer -1000 manat 
Təşkilatı və informasiya dəstəyi: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı. Kaspi qəzeti, Mədəniyyət qəzeti, Səs qəzeti, AzərTAC, TREND, Day.az informasiya agentlikləri 
Müsabiqənin nəticələri 2016-cı ilin sentyabr ayında açıqlanacaq. 
 Ünvan: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Bakı şəh.Səməd Vurğun küç.43/ World Business Center 16-cı mərtəbə 
Əlaqə üçün: Tel:(+99412597-48-04) Fax:(+99412597-48-03) Mob:(+99451427-41-03) [email protected]/* */

OXŞAR XƏBƏRLƏR