Gəncə sakini su çənini rəngləyən zaman zəhərlənərək ölüb

Gəncə sakini su çənini rəngləyən zaman zəhərlənərək ölüb
SOSİAL
21:35 06.04.2026
831
Gəncə şəhərində bədbəxt hadisə baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1961-ci il təvəllüdlü M.Məmmədov yaşadığı evin damında su çəninin içərisini rəngləyənp zaman zəhərlənərək ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Fakta bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR