Gəncədə 24 yaşlı gənci avtomobil vurub

Gəncədə 24 yaşlı gənci avtomobil vurub
HADİSƏ
10:12 05.07.2025
258
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
 
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2001-ci il təvəllüdlü Ç.Cəfərovu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR