15:44 çərşənbə Axşamı, 23 Oktyabr 2018
GƏNCLİK

Gəncədə Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilib – VİDEO

12:44, 14.08.20182027
Gəncədə Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilib – VİDEO

10 avqust 2018-ci il tarixində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evi SXM-n birgə təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gənclər Evində "12 Avqust – Beynəlxalq Gənclər Günü” münasibətilə tədbir keçirilib.

Həyata keçirilən tədbirdə Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov açılış nitqi ilə çıxış edib. O, bildirib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir: "Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur”.

YAP Gəncə şəhər təşkilatının Gənclər birliyinin sədri Yüksəl Məmmədov qeyd edib ki, bu gün Azərbaycan gəncləri öz fəaliyyəti ilə sübut ediblər ki, onlar ölkəmizin dəyərli vətəndaşlarıdır: "Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin ictimai-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir”.

Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Teymur Əliyev,  Gənclər evi SXM-n müdiri Amil Qurbanov və digər çıxış edənlər bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoyub: "Ümummilli liderimiz həmişə xalqına arxalanaraq, onun gəncliyinə böyük ümidlər bəsləyərək, dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi”.

Keçirilən tədbirdə Erasmus+ Youth Azərbaycanda Məlumat Mərkəzinin koordinatoru Hüseynxan Hacızadə EVS və xaricdə düşərgə proqramıları haqqında və görülən işlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Xüsusi fəallığı ilə seçilən bir sıra yerli və xarici gənclər Fəxri Fərmanlarla təltif edilib.
Daha sonra gənc fotoqrafların və istedadlı gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, Gənclər evinin qarşısında müxtəlif əyləncəli fəaliyyətlər (faceart, yoqa, stolüstü tennis, Gəncə İdman Klubunun idmançılarının nümunəvi çıxışları, gitarada ifa və s.) baş tutub.


XƏBƏR LENTİ