11:36 Cümə, 17 Avqust 2018
HADİSƏ

Gəncədə evdə oğurluq - 115 700 manat pul və 30 000 manatlıq qızıl apardılar

13:12, 07.08.20183427
Gəncədə evdə oğurluq - 115 700 manat pul və 30 000 manatlıq qızıl apardılar

Gəncə şəhərində evdən külli miqdarda pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin saytında verilən xəbərə görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin yanvar ayında Gəncə şəhəri ərazisindəki evlərin birindən 115 700 manat pul və 30 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Əflaki saxlanılıb.

Daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

XƏBƏR LENTİ