Gəncədə hamilə qadın öldü

Gəncədə hamilə qadın öldü
SOSİAL
21:23 21.01.2017
1064

 

Goranboy rayon sakini Gəncədə xəstəxanada ölüb. 

Hadisə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında qeydə alınıb. 

Məlumata görə, Goranboy rayon sakini 1989-cu il təvəllüdlü Əhmədova Elşanə Elşən qızı "sol partlamış boru hamiləliyi” diaqnozu ilə ağır vəziyyətdə xəstəxananın ginekologiya şöbəsinə çatdırılıb. 

Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


///APA
OXŞAR XƏBƏRLƏR