Gəncədə hava limanını, polis idarəsini və Gömrük Komitəsini partladacağı barədə məlumat verən şəxs tutulub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, noyabrın 30-da saat 19:13-də Gəncə şəhərində yaşayan Anar Həsənov DİN-in “102” Zəng Xidmətinə zəng edərək Gəncə Hava Limanını partladacağını, dekabrın 1-də isə Gəncə Şəhər Baş Polis İdarəsinə və Gömrük Komitəsinə qumbara atacağını bildirib.
Faktla bağlı dərhal tədbirlər görülüb, axtarışlardan sonra həmin məlumat təsdiqini tapmayıb.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Həsənov saxlanılıb.