01:06 çərşənbə, 14 Noyabr 2018
SOSİAL

Gəncədə polisi öldürən Fərrux kimdir? – Fotolar

13:38, 11.07.20188515
Gəncədə polisi öldürən Fərrux kimdir? – Fotolar
Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

AZXEBER.COM AzVision.az-a istinadən xəbər verir ki, artıq qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər – Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib.

Sosial şəbəkədəki paylaşımlarında Fərrux Xəqani oğlu Qasımovun radikal dindar olduğu açıq-aşkar hiss olunur. O, müxtəlif vaxtlarda İranda dini abidələri ziyarət edib. Hətta paylaşımlarında dini təbliğata yönəlik videolara üstünlük verib. Gəncə hadisələri törədilməmişdən öncə Fərrux Kərbalanı ziyarət edib.
 

 

 

 


 

XƏBƏR LENTİ