“Gəncəli Püsük” ilə bağlı çıxarılan məhkəmə hökmü ləğv edildi

“Gəncəli Püsük” ilə bağlı çıxarılan məhkəmə hökmü ləğv edildi
KRİMİNAL
10:18 16.07.2022
914
Gəncədə kriminal aləm üzvləri arasında baş verən silahlı insidentdə adam bıçaqlamaqda təqsirləndirilən "Gəncəli Püsük" ləqəbli Vüsal Süleymanov və Fariz Səmədovun barəsindəki hökümdən verilən şikayətə baxılıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, Gəncə Apelyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü ləğv edilib və yenidən baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Qeyd edək ki, ittiham aktında qeyd olunur ki, 9 yanvar 2018-ci ildə "Gəncəli Püsük", Fariz Məmmədov və bir neçə istintaqa məlum olmayan şəxslərlə kriminal aləmdə özünü tanıdan "Gəncəli Firdovsi" kimi tanınan avtoritetin adamları ilə Göygöl rayonu Qızılca kəndi ətrafında görüşüblər.

Söhbət zamanı qarşı tərəfə öz güclərini göstərmək məqsədilə Vüsal Süleymanov və Fariz Səmədov tərəfindən silahdan havaya atəşlər açılıb. Mübahisə zamanı Vüsal Süleymanov "Gəncəli Firdovsi"nin tərəfdarı olan Ruslan Əsgərovu bıçaqlayıb. Hadisə zamanı tərəflər hadisə yerindən uzaqlaşıb. Hadisədən bir il keçəndən sonra "Gəncəli Püsük" polis əməkdaşları tərəfindən Bakı şəhər Xəzər rayonunun Mərdəkan qəsəbəsində saxlanılaraq istintaqa təhvil verilib.

Şahidlərin istintaqa verdiyi ifadələrindən məlum olur ki, mübahisəyə səbəb Gəncə şəhərinin "kriminal vəziyyəti"nə kimin baxılması ilə bağlı olub. Şahidlərin ifadəsində qeyd edilir ki, 2018-ci ildə "Lotu Quli" ləqəbli Nadir Səlifov Gəncə şəhəri üzrə "Püsük"ü təyin edib. Lakin "Lotu Quli"ni qanuni oğru kimi tanımayan "Gəncəli Firdovsi" bu "praqon"a etiraz edib. "Gəncəli Firdovsi" kriminal aləmdə çox tanımış və nüfuzlu avtoritet kimi qəbul edilir. Bu səbəbdən tərəflər arasında qarşıdurma olub.

Faktla bağlı Vüsal Süleymanov və Fariz Səmədov Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Süleymanovun və Fariz Səmədova verilən ittihamlar dəyişdirilib.
 
Belə ki, onlara qarşı irəli sürülən Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib.

Məhkəmənin hökmü ilə "Gəncəli Püsük" 8 il, Fariz Səmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə istintaq dövründə barəsində polis nəzarəti qətimkan tədbiri seçilən Fariz Səmədov məhkəmə zalında həbs edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi