12:05 Bazar Ertəsi, 15 Oktyabr 2018
GƏNCLİK

Gənclər günü ilə bağlı HETİ tədbir təşkil etdi

16:48, 02.02.2018878
Gənclər günü ilə bağlı HETİ tədbir təşkil etdi

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda 2 fevral - Gənclər günü münasibəti ilə tədbir keçirilib.


Tədbirdə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru dosent Mahir Hacıyev, YAP Göygöl rayon təşkilatı aparatının rəhbəri Namiq Məmmədov, Göygöl rayon Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov və institutun əməkdaşları iştirak edib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.


Çıxış edənlər 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamasından bəhs edib.


Sonda İnstitutun fəal gəncləri Heyvandarlıq Elmi Tədqiqat İnstitutu və Göygöl rayon Gənclər və İdman idarəsi tərəfindən FƏXRİ FƏRMAN la təltif edilib.

 




XƏBƏR LENTİ