'Gənclər Kuboku' necə gedir? - NƏTİCƏLƏR

İDMAN
18:25 18.06.2012
1690

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya Assosiyasiyaları (AFFA), ADİDAS və “İRƏLİ” İdman Mərkəzi Azərbaycanda gənclərarası futbol üzrə ilk “Gənclər Kuboku” turniri çərçivəsində I play off mərhələsinin növbəti 4 oyunu keçirilib. AZXEBER.COM-un xəbərinə görə, turnir AFFA-nın Futbol Akademiyasının meydançasında keçirilir. Dünən baş tutan görüşlər 1 dəqiqəlik sükutla başlayıb. Buna səbəb 17 iyun günü Ağdərə rayonun işğalı günü olması olub. 

Bundan sonra "Youth Cup"da matçlara start verilib. 

16 iyun 2012Yeni Yazarlar 3:9 Kreativ GənclərAƏSMA TGT 4:4(p) Sector 11 İRƏLİ 17:5 ADRA TGTALAG 1:3 EH Azerbaijan17 İyun 201219:00 BMA TGT 8:1 İDEA Youth20:00 İslahatçi Gənclər 5:11 Miras21:00 Gənclər Turizm İB 2:9 Siyasi M.22:00 AGAT 5:0 ŞATATM İB  Qalib gələn komandalar play offun II mərhələsinə vəsiqə qazanıblar. Layihənin koordinatoru Niyaz Əliyev AZXEBER.COM-a açıqlamasında "Youth Cup" haqda danışıb:  "Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir. "Youth Cup" bir daha onu göstərdi ki, Azərbaycan gəncləri idmana, sağlam həyata meyllidirlər. Turnirdə iştirak edən bütün komandalarda yüksək əhval-ruhiyyə hökm sürür. Ümid edirəm ki, "Youth Cup" ənənə halını alacaq və hər il keçiriləcək. Layihəyə dəstək verən hər kəsə minnətdarlığımı bildirirəm. Əminəm ki, sonda layiq olan komanda kuboku qazanacaq.

OXŞAR XƏBƏRLƏR