15:20 Cümə Axşamı, 18 Iyul 2019
FOTOSESSİYA

Gənclər “Mənim prezidentim” kampaniyasına start verdilər - FOTOLAR

15:50, 23.08.20131817
Gənclər “Mənim prezidentim” kampaniyasına start verdilər - FOTOLAR
Bu güm  "Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupunun təqdimat mərasimi keçirilib.
AZXEBER.COM-un məlumatına görə, tədbirdə çıxış edən Təşəbbüs Qrupunun üzvü Seymur Vəliyev bildirib ki, “Mənim Prezidentim” Təşəbbüs Qrupunun əsas məqsədi Azərbaycan prezidentinin 2003-2013-cü illərdə gördüyü işlər haqqında ictimaiyyətə geniş məlumat verməkdir. Kampaniya seçki təbliğatı ilə məşğul olmur, siyasi mövqeyindən asılı olmayaraq hər bir gənc təşəbbüs qrupuna qoşula bilər.

Təşəbbüs Qrupunun üzvü, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev qrupun planlarından danışıb: “Biz gənclərin kreativliyini, təşəbbüskarlığını vahid ideya ətrafında birləşdirəcək, onların arzularını gerçəkləşdirməyə çalışacağıq. İnanıram ki, bizim kampaniya ətrafında yüz minlərlə gənc cəmləşəcək”.

Tədbirin sonunda “Mənim Prezidentim” Təşəbbüs Qrupunun üzvləri gənclərin suallarını cavablandırıblar.

XƏBƏR LENTİ