16:52 çərşənbə Axşamı, 23 Oktyabr 2018
GƏNCLİK

Gənclər təşkilatı Qarabağ regionunda “Hər kəs üçün təhsil” kampaniyasını həyata keçirdi

14:13, 15.09.20183959
Gənclər təşkilatı Qarabağ regionunda “Hər kəs üçün təhsil” kampaniyasını həyata keçirdi
Gənclər üçün Təhsil Mərkəzi İB-nin təşəbbüsü ilə Ağcabədi rayonunda  yeni tədris ili və Bilik günü ərəfəsində ilk dəfə məktəbə gedəcək ibtidai sinif şagirdləri ilə görüş təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova yeni tədris ilində məktəblilərə müvəffəqiyyətlər arzulayaraq qeyd edib ki ,"Əhalinin əhəmiyyətli hissəsini təşkil edən region gəncləri ölkənin əsas innovativ potensialı və əmək resursudur və bu resurların cəmiyyətə faydalılığını təmin etmək biz müəllimlərdən asılıdır. Bir müəllim olaraq şagirdlərimiz üçün çəkdiyiniz zəhməti yüksək qiymətləndirir və yeni tədris ilinin əsas hərəkətverici qüvvəsi olan müəllimlərə uğurlar arzulayıram”.

Tədbirdə həmçinin Güvən Xeyriyyə Cəmiyyətinin rəhbəri Nigar Bayramlı çıxışında qeyd edib ki, bu gün savadlılıq gününün qeyd olunmasında məqsəd savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalı olmasına diqqət çəkməkdir. Xeyriyyə Cəmiyyəti olaraq hər zaman savad almağın insan haqlarından biri olduğunu xatırladır və bunun bütün elmlərin əsası olduğunu vurğulayırıq.

Görüşdə həmçinin YAP Ağcabədi rayon təşkilatının apparat rəhbəri Nazim Bünyatov,Mehman Novruzov,Təhsil şöbəsinin əməkdaşı Fehruz Rəfiyev,ADPU Ağcabədi filialının əməkdaşları Tahir Kərimli,Anar Kərimli,Aygün Əlizadə,Laçın rayon icra hakimiyyətinin əməkdaşları və Ağcabədi Birlik Kikboksinq klubunun rəhbəri Mehman Quliyev iştirak etmişdir.

Sonda "Hər kəs üçün təhsil" kampaniyası çərçivəsində görülən işlərə dair təqdimatlar olub, bu il ibtidai sinfə qədəm qoyacaq 50 nəfər şagirdə məktəbli çantası və dərs ləvazimatları paylanılıb.
 

 

 

XƏBƏR LENTİ