23:33 çərşənbə, 12 Dekabr 2018
GƏNCLİK

Gənclər təşkilatı Qarabağda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri keçirdi

15:05, 20.08.20183817
Gənclər təşkilatı Qarabağda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri keçirdi
Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ ofisi nəzdində fəaliyyət göstərən "İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə Qurban bayramı münasibətilə aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələri üçün tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə ARİH başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Bank Respublikanın Marketinq Kommunikasiyaları üzrə meneceri Çingiz Əsədov,”Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin sədri Nigar Bayramlı,YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Mehman Novruzov iştirak edib. 

Tədbiri giriş sözü ilə Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı açaraq tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Qeyd edib ki,müsəlmanların milli mənəvi həmrəyliyi, saflıq və mərhəmət rəmzi olan bu bayramın əsas mahiyyəti haqqında söhbət açmışdır.ARİH başçısının birinci müavini Rövşən Əhmədov, çıxış edərək bildirib ki, demokratik prinsiplərin, dini etiqad və vicdan azadlıqlarının bərqərar edildiyi Azərbaycanda Qurban bayramı hər il dövlət səviyyəsində təntənə ilə qeyd olunur. Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq ifadəsinə və təcəssümünə çevrilir.

Bayram tədbiri mərkəzin xüsusi qayğıya ehtiyacı olan uşaqlarının ifasında gözəl rəqs nömrələri və Qurban bayramına həsr edilmiş səhnəciklərdən ibarət musiqili proqramla davam etmişdir. Sonda Bank Respublika tərəfindən aztəminatlı ailələrə Qurban əti,ərzaq məhsulları və ”Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən uşaqlara geyim və oyuncaq təqdim edilib

XƏBƏR LENTİ