"Gənclər və idman siyasətlərində islahatlara ehtiyac var" - Nazir

"Gənclər və idman siyasətlərində islahatlara ehtiyac var" - Nazir
İDMAN
13:17 07.10.2021
312

"Ölkəmizin gəncləri və idmançıları, Bir ay əvvəl gənclər və idman naziri təyin olundum. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin mənə göstərdiyi yüksək etimaddır. Təyinatım zamanı Prezidentin verdiyi tapşırıq və tövsiyyələrin həyata keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur".

AZXEBER.COM Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu fikirləri nazir Fərid Qayıbov təyinatının bir ayı ilə bağlı danışarkən deyib.

O, təyinatın hər iki sahədə yeni mərhələnin başlanğıcına təsadüf etdiyini bildirib: "İdmanda demək olar ki, həmişə Olimpiya Oyunlarının nəticələri yeni mərhələnin başlanmasını əlaqələndirir. Bu qlobal yarışlar obyektiv olaraq təkcə yüksək nəticəli idman növlərində deyil, həm də kütləvi idmanda mövcud olan qüsur, səhv və çatışmazlıqları üzə çıxarır. Təbii ki, olimpiada güclü tərəflərimizi də göstərir. İdman bu gün böyük bir sənaye və təhsil, strategiya və kadr, təşkilatı-hüquqi və maliyyə-təsərrüfat məsələləridir. Yalnız düzgün qurulmuş əlaqələr davamlı müvəffəqiyyətlə nəticələnə bilər".


Qayıbovun fikrincə, gənclər siyasətinin yeni mərhələsi qloballaşma və Qarabağın təxminən 30 illik işğaldan azad olunması ilə müəyyən edilir: "Bölgədə baş vermiş geosiyasi dəyişikliklər bu andan etibarən və tarix boyunca gənclərin tərbiyəsi, mənəviyatı, uğuru, mübarizliyi, milli qüruru və vətənpərvərliyi üçün əsas olacaq. Yeni mərhələ yalnız prioritetlər deyil, həm də iş prosesinin özünün yenidən qurulması ilə bağlıdır. Gənclərin və idmançıların maraqları naminə çalışmaq - insan kapitalını artıran sistemli iş qurmaq deməkdir. Hər bir sahədə olduğu kimi, gənclər və idman siyasətlərində də islahatlara ehtiyac duyulur. Vəziyyəti səciyyələndirən göstəricilərin sistemli şəkildə toplanmasına, ekspert və müqayisəli təhlillərə diqqət göstəriləcək. İndi çoxlu sayda görüşlər keçiririk ki, onlar təkcə mütərəqqi deyil, həm də obyektiv qərarlar qəbul etməyə kömək edəcək".


Nazir ay ərzində bir sıra idman federasiyalarında qonaq olduğunu xatırladıb: "Ən kütləvi gənclər ictimai təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri ilə görüşdük. Xaricə iş səfərlərim zamanı ölkənin bir qrup gənc sahibkarları ilə tanış oldum. Türk Şurası çərçivəsində "Çoxtərəfli Gənclər Mübadiləsi Proqramı” adlı yeni təşəbbüsə başladıq. İstanbulda keçirilmiş "Texnofest-2021"də iştirak gənclərimizin innovativ elmi və texniki yaradıcılığını dəstəkləyəmək üçün əhəmiyyətli idi. Görüşlərimiz həm vəziyyəti öyrənmək, həm də kadr potensialını və ehtiyatları qiymətləndirmək məqsədi daşıyır. Artıq söyləmişəm və təkrar etmək istəyirəm ki, qərarlar yeniliklər və təcrübə balansını saxlamaqla birlikdə veriləcək".

Qayıbov bundan əlavə, Avropa Gimnastikasının prezidenti kimi vəzifələrimi yerinə yetirməyə davam etdiyini vurğulayıb. Onun fikrincə, hər iki vəzifə görüləcək işlər haqqında anlayışını artırır, alətlərlə zənginləşdirir və səmərəliliyi yüksəldir: "Əminəm ki, rasional yanaşma səmərəli idarəetmə və davamlı nəticələr üçün yaxşı zəmin olacaq".

Nazir bildirib ki, siyasi, sosial-iqtisadi sahədə son zamanlar əldə edilən nailiyətlər fonunda gənclərin şüurunda əhəmiyyətli dəyişikliklər baş verir: "Kütləvi bədən tərbiyəsi və idmanda da müasir yanaşma tətbiq edilməlidir. Çətinlikləri bilir, problemləri, səbəblərini, əlaqələrini və təsirlərini təyin edirik. Veriləcək qərarlar və əməli hərəkətlər məntiqli, sağlam, başa düşülən, dəstəklənən və məsuliyyətli olacaq".






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı