General Elbrus Orucovun qardaşı vəfat edib

General Elbrus Orucovun qardaşı vəfat edib
SOSİAL
10:20 31.01.2026
764
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müəllimi polkovnik Telman Orucov vəfat edib.

AZXEBER.COM APA-nın Mil-Muğan bürosuna istindən xəbər verir ki, Birinci Qarabağ müharibəsi iştirakçısı, Hərbi Akademiyanın müəllimi polkovnik Telman İzzət oğlu Orucov uzun sürən xəstəlikdən 64 yaşında vəfat edib.

Qeyd edək ki, Telman Orucov generallar Elbrus Orucov və Elman Orucovun qardaşıdır.

Telman Orucov 1962-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olub.
OXŞAR XƏBƏRLƏR