Generallar "Rabitə işi"ndə ifadə verdilər - "Vidadi qonşum idi, istəsəydim..."

Generallar "Rabitə işi"ndə ifadə verdilər - "Vidadi qonşum idi, istəsəydim..."
SOSİAL
17:04 25.01.2017
838
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hazırda həbsdə olan MTN generalları Sübahir Qurbanov və Teymur Quliyev şahid qismində ifadə veriblər.

S.Qurbanov təqsirləndirilən şəxslərdən Vidadi Zeynalovu tanıdığını deyib. O bildirib ki, bu işlə bağlı üstüörtülü bəzi şeyləri bilir: "Vidadi müəllim istintaqa deyib, mən də eşitmişəm. Amma bu, yalandır, mən pul almamışam".

Fərid Nağıyev deyib ki, S.Qurbanovun sürücüsü ifadə verərək Vidadi Zeynalovdan pul aldığını təsdiqləyib.

S.Qurbanov bunu təsdiqləmədiyini deyib. Prokuror "sürücünüz sizdən xəbərsiz bunu edə bilərdimi" deyə soruşub, S.Qurbanov isə "hər şey ola bilər" deyib: "Bəzən Vidadi müəllimə tədbirlər üçün hədiyyələrin alınması ilə bağlı müraciət etmişəm".

Sonra hakim Vidadi Zeynalovdan S.Qurbanovun dediklərinə münasibət bildirməsini istəyib. V.Zeynalov deyib ki, hər ay nazirliyə pul göndərib. V.Zeynalov istintaqa ifadəsini təsdiqlədiyini deyib: "Mən Sübahir Qurbanovu 1983-cü ildən tanıyıram. Sübahir müəllimə pul verməmişəm. Nazirlikdən hər ay adam gəlirdi, mən də pulu verirdim, aparırdı. İstintaqda o adamın Sübahir müəllimin sürücüsü olduğunu bildim".

S.Qurbanov məhkəmə zalını ikiqat əyilərək tərk edib. Onun səhhətində problem olduğu barədə istintaqda məsələ qaldırılıb və müayinə zamanı bel yırtığı olduğu müəyyən edilib.

General Teymur Quliyev ifadə verərək deyib ki, təqsirləndirilən şəxslərin çoxunu üzdən tanıyır: "İbtidai istintaqda hər şeyi danışmışam".

Hakim bildirib ki, açıq məhkəmə prosesində onun ifadə verməsi məcburidir.

Bundan sonra T.Quliyev ona suallar verilməsini və uyğun olaraq da cavab verəcəyini deyib.

Suallara cavab verən MTN generalı T.Quliyev deyib ki, V.Zeynalovdan heç bir məbləğdə pul almayıb: "Belə bir şey olmayıb, yalandır".

Vidadi Zeynalov T.Quliyevin ifadəsinə münasibət bildirərək deyib ki, onun birbaşa özünə pul verməyib: "Rəhbərliyin tapşırığı ilə bunu etmişəm. Demişdilər ki, dövlət əhəmiyyətli işlər üçün lazımdı. Mən pulu nazirliyə göndərmişəm, konkret kiməsə yox".

T.Quliyev deyib ki, Vidadi Zeynalovdan pul almayıb: "Sürücü mənə pul verməyib. İstintaqa görə, bu neçə ay olub, özü də. Vidadi müəllim qonşum idi, istəsəydim özüm keçib pul alardım. Vidadi müəllim deyir ki, öz naziri ilə razılığa gəliblər. Mən bilmirəm onun naziri ilə aralarında nə söhbəti olub. Bunun mənə aidiyyatı yoxdur".

Qeyd edək ki, V.Zeynalov istintaqa ifadəsində deyib ki, keçmiş nazir Əli Abbasovun təklifi ilə MTN generalı Teymur Quliyevə hər ay 50 min manat pul vermək qərarına gəliblər.

İclasda daha sonra digər şahidlər ifadə verib.

Məhkəmə prosesi yanvarın 27-də davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT Ukraynada atəşkəsi alqışlayacaq
00:30 13.03.2025
BMT Ukraynada atəşkəsi alqışlayacaq
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
00:11 13.03.2025
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
23:57 12.03.2025
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
23:51 12.03.2025
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib