Azərbaycanda"Gilan Holding"in təsisçiliyi ilə"Gilan Trading"MMC və "Gilan Tech" MMC adlı iki şirkət qeydiyyatdan keçirilib.
Hər iki MMC Vergilər Nazirliyində qeydiyyata alınıb.
Ayrı-ayrılıqda nizamnamə kapitalı 100 manat olan şirkətlərin hüquqi ünvanı Yasamal rayonu, Nəriman Nərimanov prospekti,206, məhəllə 466-dır. Hər iki şirkətinqanuni təmsilçisi isə Ceyhun İsmayıl oğluCəfərovdur.
Qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən "Gilan Holding" tikinti, turizm və sənaye sahəsində fəaliyyət göstərir.
//report