Ölkəyə 22 ədəd "iPhone 13 PRO” keçirmək istədi

Ölkəyə 22 ədəd "iPhone 13 PRO” keçirmək istədi
SOSİAL
17:15 12.11.2021
258
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə öncədən əlbir olan bir qrup şəxsin ABŞ-dan gətirdikləri xeyli miqdarda mobil telefonları gömrük nəzarətindən gizli keçirəcəyi barədə məlumat daxil olub.

Bu barədə DGK-dan məlumat yayıb.

Həmin məlumat əsasında Azərbaycan vətəndaşı və onun Bakı Karqo Terminalının qarşısındakı avtodayanacaqda saxladığı "Mercedes-Benz E 240” markalı avtomobili nəzarətə götürülüb.

Yoxlama zamanı avtomobildə gizlədilən 22 ədəd "iPhone 13 PRO” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR