Gömrüyün ifşa etdiyi yüklər hansı məmurundur? - QALMAQAL

Gömrüyün ifşa etdiyi yüklər hansı məmurundur? - QALMAQAL
Bütün Xəbərlər
13:02 05.02.2016
2512
Məlum olduğu kimi Rusiyadan İrana daşınan taxta yüklü vaqonlar Azərbaycanda saxlanılıb.Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.Həmin materialların Sabirabadda sahibkarlardan birinə satılması haqda məlumat daxil olub. Məlum olub ki, 2015-ci il dekabrın 30-da və bu il yanvarın 12-də 2 vaqondakı taxta yükünün Tikinti Təminat Ltd MMC tərəfindən tranzit gömrük proseduru altında İrana aparılacağı bildirilib.Amma vaqonlar Sabirabadın Sabir dəmiryol stansiyasında qeyri-qanuni boşaldılıb. Gömrükçülər müəyyənləşdirib ki, vaqonlardan boşaldılan taxta tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan Rahib Əkbərov Ağamusa oğluna 14 800 dollara satılıb.Məlum olub ki, gömrük ödənişlərindən külli miqdarda yayınmaqla vaqonlardakı 202 kubmetr taxtanın 50 kubmetri artıq sahibkar tərəfindən realizə olunub. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.Bu arada Rahib Əkbərovun Sabirabad Rayon Maliyyə İdarəsinin rəisi Hüseynağa Gülüşovun bacısı oğlu olduğu üzə çıxıb. Bu barədə Dia.az saytı yazıb.Saytın məlumatına görə, H.Gülüşov rayonda oliqarx kimi tanınır. Onun bacısı oğlu Rahib Əkbərovun isə müstəqil biznesi yoxdur və bacıoğlu elə maliyyə müdiri olan dayısının biznesini idarə edir. Məlumatlara görə Rahib Əkbərovun İrana gedən malı Sabirabadda ala bilməsinə də elə dayısı köməklik edib.Sabirabad rayon Maliyyə İdarəsinin rəisi Hüseynağa Gülüşovun adı buna qədər də zaman-zaman mediada müxtəlif qalmaqal və maraqlı olaylarda çox hallanıb. Medianın yazdığına görə, idarə rəisinin yaşadığı evə 2013-cü ildə silahlı basqın təşkil edilib. Hadisə mayın 10-dan 11-nə keçən gecə rayonun Cavad kəndində qeydə alınıb. Gecə saatlarında Maliyyə İdarəsi rəisinin evinə hücum edən qara maskalı şəxslər evə daxil olaraq Hüseynağa Gülüşovun və onun ailə üzvlərinin əl-qolunu bağlayıblar. Daha sonra idarə rəisini möhkəm döyüblər və evdən külli miqdarda pul, qızıl-zinət əşyaları aparıblar. Həmin vaxt Sabirabad rayon Polis İdarəsindən isə bildiriblər ki, idarədə bu barədə heç bir məlumat yoxdur və onlara hər hansı basqınla bağlı şikayət daxil olmayıb. Sonradan evə basqın edən şəxslərin 1 milyon manat aparmaları xəbəri yayılıb, amma xəbər yenə də rəsmi dairələr tərəfindən təsdiqlənməyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib