"Google Chrome"da süni intellekt dövrü başlayır: 3 yeni funksiya gələcək

MARAQLI
13:54 25.01.2024
209
"Google” yeni yeniləmə ilə Chrome brauzerinə 3 yeni süni intellekt funksiyası əlavə edəcək.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünyanın məşhur internet brauzeri olan "Google Chrome” həddindən artıq prosessor və RAM istehlak etdiyi üçün tez-tez tənqid olunur. 

Bununla belə, milyardlarla istifadəçi hələ də "Chrome”a üstünlük verir.

"Google Chrome”dan 3,3 milyarda yaxın istifadəçisi olan dünya əhalisinin demək olar ki, yarısı istifadə edir.

"Google” qarşıdan gələn "Chrome M121" versiyası ilə brauzer təcrübəsini daha istifadəçi dostu edən yeni süni intellekt xüsusiyyətləri əlavə edəcək.

Bu yeniliklərə mətnin hazırlanmasında dəstək verən yazı köməkçisi və istifadəçilərə öz çertyojlarını və mövzu parametrlərini fərdiləşdirməyə imkan verən funksiya daxildir.

Bu təkmil funksiyalardan istifadə etmək üçün istifadəçilər "Chrome”da üç nöqtəli menyuya daxil olmalı və Parametrlər bölməsində "süni intellekt” seçimini aktivləşdirməlidirlər.

Gülay

OXŞAR XƏBƏRLƏR