"Google" mühəndisi süni intellekt məlumatlarını oğurlamaqda ittiham olunaraq saxlanıldı

MARAQLI
13:10 07.03.2024
185
"Google"də çalışan çinli proqram mühəndisi Linwei Ding şirkətin süni intellekt proqram təminatı haqqında məlumatları Çinə sızdırmaqda ittiham edilərək saxlanılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Kaliforniya Baş Prokurorluğu, Ding-i "Google"də işləyərkən iki fərqli Çin şirkətinə süni intellekt proqramları haqqında məlumat sızdırmaqda və faylları 2022-ci ilin mayından 2023-cü ilin mayına qədər şəxsi hesaba köçürməkdə günahlandırdıqlarını bildirib.

Prokurorluq həmçinin qeyd edib ki, Dinq qeyd olunan tarix aralığında Çinə gedib və başqa bir Google əməkdaşının kartını skan etdirərək şirkətdən ayrılmadığı təəssüratı yaratmağa çalışıb. Günahı sübuta yetirilərsə, Dinq ticarət sirrinin oğurlanmasına görə 10 ilə qədər həbs cəzası və 250 min dollar cərimə ilə üzləşəcək.

Mikayıl

OXŞAR XƏBƏRLƏR