Goranboyda narkotik satıcısı tutulub

Goranboyda narkotik satıcısı tutulub
KRİMİNAL
14:25 30.10.2013
2389

Kibirit qutusuna yığılan marixuana polis tərəfindən götürülüb.

AZXEBER.COM-un Qarabağ üzrə bölgə müxbirinin verdiyi xəbər görə, Goranboy polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi yaxalayıb.Rayon polis şöbəsi əməkdaşlarının apardığı əməliyyat zamanı Tərtər rayon Qaradağlı kənd sakini 1971-ci il təvəllüdlü Cəfər Əli oğlu Hüseynov saxlanılıb.Onun üzərinə baxış keçirilərkən 30 kibrit qutusunda, ümumi çəkisi 92.61 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.Təqsirləndirilən şəxs ilkin dindirilmə zamanı bildirib ki, o, narkotik vasitəni şəxsi istifadəsi üçün becərib.Hazırda narkotik vasitənin mənbəyi və onun Goranboy rayon ərazisinə hansı məqsədlə gətirilməsi istintaq tərəfində araşdırılır.

OXŞAR XƏBƏRLƏR