Goranboy rayonunda oğurluq olub.
AZXEBER.COM-un verdiyi məlumata görə, Ceyhun Həsənov və Vüqar Məmmədov adlı şəxslər Əzizbəyov kənd sakini Aminə Ələsgərovaya məxsus ümumi dəyəri 700 manat olan 4 baş xırda buynuzlu heyvan oğurlayıblar.Şəmkir rayonunda yaşayan, lakin Goranboy rayon Şıxlar kəndində qeydiyyatda olan şəxslər heyvanları satıb geri qayıdarkən polislər tərəfindən tutulublar.Faktla bağlı Goranboy rayon Polis Şöbəsində cinayət işi açılıb.